İran prezidenti Məsud Pezeşkian göz yaşlarını saxlaya bilmədi

İran prezidenti Məsud Pezeşkian göz yaşlarını saxlaya bilmədi

Dünən İran prezidenti Məsud Pezeşkian hökumət rəsmilərinin qarşısında çıxış etdiyi zaman mərhum həyat yoldaşının şəklini görərkən göz yaşlarını saxlaya bilməyib. 

“İNFONEWS”  İran KİV-lərinə istinadən xəbər verir ki, buna görə də o çıxışını yarıda qoyub.

Pezeşkian “İcazə verin, mən danışmayım. Çünki mənim üçün çox çətindir. Bağışlayın!”, – deyərək tribunadan enib.

Qeyd edək ki, 1993-cü ildə Məsud Pezeşkianın ginekoloq işləyən həyat yoldaşı və oğlundan biri avtomobil qəzasında həlak olub. Bundan sonra o heç vaxt ailə həyatı qurmayıb.  Digər 2 oğlu və 1 qızını tək böyüdüb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir