Siciliyada Etna vulkanı püskürüb

İtaliyanın Siciliya muxtar vilayətində Etna vulkanının püskürməsi qeydə alınıb.

INFONEWS-un məlumatına görə, bu barədə “ANSA” agentliyi xəbər verib.

Məlumata əsasən, cənub-şərq yamacındakı kraterdən püskürmə vulkanik kül və lava axını ilə müşayiət olunub.

Vulkanik aktivliyin artması ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu tərəfindən yerli vaxtla saat 16: 10-da qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir