Azərbaycan təyyarəsi Qazaxıstanda qəza enişi edib
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
“İNFONEWS” -un “AZAL”-dan əldə etdiyi məlumatında bildirilib ki, təyyarə Xəzər dənizi üzərində SOS siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə qəzaya uğrayıb.
İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Qeyd edək ki, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.