“Göydən də göylərə siz ucalmısız, Tarıxin yadında igid qalassız!”

“Göydən də göylərə siz ucalmısız, Tarıxin yadında igid qalassız!”

Eşıdən hər kəsin gözləri doldu!
Əcəl səni vaxtsız aldı, ay bacım!

“İNFONEWS” – a verilən məlumata görə, bu şeir parçasını şair Əkbər Dağlaroğlu Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərindən stüardessa Hökümə Əliyevanın göstərdiyi igidliyə həsr edib. Şeirdə qəza zamanı dünyasını dəyişən 13 yaşlı məktəbli Məhəmmədəli Yeqanovun təyyarədə Qroznıya tək uçması və faciəsi də vurğulanıb.

Deyirlər yanında olan o körpə,
Ağrıdan – acıdan qıvrılan körpə,
Tək uçan kimsəsiz olan o körpə,
Sənə sığınıbmış, sənə ay bacım!

Ana tək salmısan qolun boynuna,
“Qorxma”, deyə-deyə aldın qoynuna,
Odların qarşısın almısan, bacım,
Ölmədən sən şəhid olmusan, bacım!

Məhəmmədəlini görən gözlərin,
Əsən əllərindən tutan əllərin,
“Qorxma , hər şey yaxşı olacaq”,- deyən səsinlə,
Yanıb bir-birinə qovuşan
Son nəfəsinlə o anda
Bacısı olmusan, bacım!

Şəhidlik adını almısan, bacım!

Xain gülləsinin qurbanı olan,
Evindən sağ gedib sonra ruh olan,
Uçuşda birlikdə canın tapşıran,
Günahsız canların canı olmusan!
Xalqımın qəhraman qızı olmusan!

Talehdir, qismətdir, deyə bilmirəm,
Məhəmmədəlimi mən istəyirəm!
Tanrımdan rəhmətlər dilərik sizə,
Cox ağır faciyədir bu elimizə,
Göydən də göylərə siz ucalmısız,
Tarıxin yadında igid qalassız!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir