Azərbaycanlı mütəxəssislər məşhur jurnalda erməni yalanını ifşa edib
“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.
Ötən ilin payız aylarında Ermənistanda koronavirusa yoluxma hallarının və ölənlərin sayının kəskin artması Dağlıq Qarabağda baş vermiş müharibə ilə əlaqədar olmayıb.
Bir qrup azərbaycanlı mütəxəssisin “Lancet” jurnalında dərc olunan məqaləsində deyilir.
Həmin məqalə erməni mütəxəssislərin məqaləsinə cavab olaraq dərc edilib.
Müəlliflər qeyd edib ki, Ermənistanda koronavirusdan ölüm hallarının sayının artmasının müharibə ilə əlaqələndirilməsi elmi məlumatların siyasiləşdirilməsi, faktların təhrif edilməsi cəhdlərindən başqa bir şey deyil:
Ötən ilin sentyabrından başlayaraq bütün dünyada COVID-19 infeksiyasına yoluxma hallarının artmasının əsas səbəbləri soyuq hava və aşağı rütubət, insanların açıq məkan əvəzinə qapalı məkanlarda toplanmağa başlaması, bir çox iş yerlərinin və məktəblərin yenidən açılması olub. Hərbi münaqişə pandemiyaya mənfi təsir göstərsə də, koronavirusa yoluxma hallarının artması Qarabağ müharibəsubindən əvvəl başlayıb. Bu cür artım münaqişədə iştirak etməyən Gürcüstanda da qeydə alınıb.