Magistraturanın sınaq imtahanına qeydiyyat müddəti uzadıldı

Magistraturanın sınaq imtahanına qeydiyyat müddəti uzadıldı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yanvarın 19-da elektron formada keçiriləcək sınaq imtahanına qeydiyyat müddəti uzadılıb.

“İNFONEWS” – un DİM-dən əldə etdiyi məlumatında bildirilib ki, sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 12-si saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçə bilərlər. İştirakçılar verilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub imtahana yazıla bilərlər.

İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.

Xatırladaq ki, imtahan iştirakçıları sınaq imtahanından dərhal sonra DİM-in ekspertləri ilə görüşüb nəticələri ilə bağlı məsləhət də ala biləcəklər. Bundan əlavə, sınaq imtahanında iştirak etmiş şəxslərə magistraturaya qəbul imtahanları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat veriləcək. Həmçinin DİM-in məsul işçiləri tərəfindən bakalavrları maraqlandıran suallar cavablandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir