Rəsm-sərgi müsabiqəsi keçirilib
16 fevral 2021-ci il tarixində Vətən müharibəsində əldə etdiyimiz Şanlı Qələbəmizin 100-cü günü münasibətilə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə canlı rəsm-sərgi müsabiqəsi həyata keçirilmişdir.
Bakı Gənclər Mərkəzindən “İNFONEWS”a verilən məlumata görə tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Daha sonra bizə zəfər yaşadan əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva gəncləri salamlayaraq, 44 Günlük vətən müharibəsinində qazandığımız qələbənin Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, müzəffər Azərbaycan ordusunun qəhrəmanlğı və xalqın güc birliyi sayəsində əldə olunduğunu xüsusi fəxr hissi ilə vurğuladı.
14-26 yaşlı gənclərin iştirakı ilə baş tutan rəsm-sərgi müsabiqəsi 2 saat müddətində davam etmiş, gənclər öz istedadını nümayiş etdirərək, vətən müharibəsini, qəhrəmanlarımızı ifadə edən rəsmlər çəkdilər.
Rəsm-sərgi müsabiqəsi yekunlaşdıqdan sonra münsiflər heyətinin iştirakıyla 3 ən yaxşı rəsm əsəri seçilmişdir. Qalib seçilən gənclər zəfər nişanəsi olan Xarı bülbül yaxa sancağı və sertifikatla mükafatlandırılıblar.
Digər iştirakçılar həvəsləndirici sertifikatla təltif ediliblər.
Qeyd edək ki, tədbirin keçirilməsi zamanı xüsusi karantin qaydalarına riayət edilmişdir.
Sonda Vətən müharibəsində qazanılan Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qüdrətli Azərbaycan ordusuna minnətdarlıq ifadə olunub.