Xəyalların Şahzadəsinin şeir dəftərindən- “SƏRHƏDLƏR TEZ AÇILSIN”

Xəyalların Şahzadəsinin şeir dəftərindən- “SƏRHƏDLƏR TEZ AÇILSIN”

“İNFONEWS” təqdim edir:

Darıxıram demirəm- darıxmaq nə demək ki,
Yolları tanıdıram vərəq gəmilərimə!
Xəbərlər deyən qızı elə asıb kəsirəm,
Dilin qurusun sənin, kimsə gələmmir, demə!
Başımı aldadıram belə marşurutlarla,
Vərəq gəmilərimdə açıram yelkənləri.
Bir də baxıram gəmim ağzınacan doludur
Axı ora yığmışam yadımdakı sənləri.
Gözümdə də damla yaş! Neçə nəyin həsrəti,
Onda ana istəyim, onda ata yoxluğum.
Səni bilirsən necə təsəvvür eliyirəm:
Guya maraqlanırsan hər gün “necəsən” – deyib,
Mən də cavab verirəm:- əşşi, heç nə, sağlığın.
Düzürəm özlüyümdə, qoşuram özüm üçün,
Hələ fırça götürüb rəsmini də cızıram.
Qədim əyyama dönüb mesaj – zəng eləmirəm
Dədə baba qaydası sənə məktub yazıram.
Yazıram ki, əzizim, burda bəyaz gecədir,
Beş – üç gündü giribdi, hələ xeylax sürecək.
Ulduzlara baxıram başların aldadıram,
Siz serenada çalın, o da bir gün gələcək.
Sözdən qoçağam axı, söz qoşmaq bir içim su,
Elə düzüb qoşuram, ulduzlar da çaşırlar.
O sözləri eşqinə, sən canın, bir göyə bax,
Səni qarşılmaqçün gör necə yarışırlar!
Burda Neva çayı var, adın duymuş olarsan,
Sahilini o qədər ələk – vələk etmişəm.
Mənim xəyali sənim, bilirsən mən səninlə
Bu Nevanın az qala lap başına getmişəm.
Bir qağayı dostum var, səndən nələr bilir e,
Nə vaxt nəyi ummuşam, nə ummamışam, bilir.
İnanırsan mən səni yadıma salan kimi
Uçur hardan haracan tezcə yanıma gəlir.
Qığhaqığı kəsilmir, qarana nəsə desəm,
Taadım dodağım altda “Tövbe” sözü duyunca.
Görürsən nə şirinsən, ALLAHIN quşu belə
Qoymur qarana dinim bir ürəyim doyunca.
Qara gəlsin sərhədlər, niyə açılmır axı,
Gözləməkdən gözümün kökü sarılıq tutdu.
… Ya bəlkə səhv edirəm, o “gələcəm” deyənim,
Gəlmək nədi, lap mənim varlığımı unutdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir