Fləşmobun keçirilməsində başlıca məqsəd Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar Faciəsinin hər bir tələbə gəncin qəlbində yaşatmaq, onların xatirəsini daim ehtiramla yad etmək və 20 Yanvar həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olub.
“Unudulmaz Tarix!” şüarı ilə reallaşan fləşmob tələbə gənclərdən ibarət formalaşdırılan “#20JANUARY” kompozisiyası Bakıda sovet qoşunlarının müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayətin hər zaman yaddaşlarda qaldığına işarə edib.
Dənizkənarı bulvarda panorama çarxı yaxınlığında baş tutan fləşmob 84 metr uzunluğu, 8 metr enində təşkil olunub. Həyata keçirilən fləşmob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.