Naxçıvanda əlilliyi olan şəxslər üçün – “Rehabus” layihəsi

Naxçıvanda əlilliyi olan şəxslər üçün – “Rehabus” layihəsi

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin “Rehabus” layihəsinə start verilib.

“İNFONEWS” – ə verilən məlumatında bildirilib ki, 1 fevral 2025-ci il tarixindən icrasına başlanılan layihə əlilliyi olan şəxslərin ambulator reablitasiya xidmətlərinə əlçatanlığına yönəlib.

Reabilitasiya avtobusu müvafiq kateqoriyadan olan şəxslərin reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatmasını təmin edir.

Reablitasiya avtobusu ilkin olaraq Babək rayonunun kəndlərindən əvvəlcədən müəyyən edilən ünvanlardan əlilliyi olan şəxsləri götürərək Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa və Əlillərin Bərpa Mərkəzlərinə çatdırır. Reablitasiya proseduru bitdikdən sonra isə onları yenidən ünvanlarına qaytarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir