Xalq artisti sevənləri qarşısına çıxacaq

Xalq artisti sevənləri qarşısına çıxacaq

Martın 8-də Bakı Konqres Mərkəzində bənzərsiz səsi və ifaları ilə seçilən Xalq artisti Brilliant Dadaşova möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

“İNFONEWS” xəbər verir ki, “Best of Brilliant” adlı gecədə sevilən sənətçi dillər əzbəri olan hitləri və canlı ifaları ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə pərəstişkarlarının zövqünü oxşayacaq.

Qeyd edək ki, saat 20:00-dan 21:30-dək davam edəcək konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir