Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
“İNFONEWS” xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.
Ocağınız odlu, qazanınız qaynar olsun.
Ocağınız odlu, eviniz nurlu olsun.
Ağrı – acınız, azar-bezarınız odda yansın.
Ocağınız bərəkətli olsun.
Od Çərşənbənizi böyüklü-kiçikli, qohumlu-qardaşlı, elli-obalı toy-büsatla keçirəsiniz.