Bu gün xalqımız Novruzun üçüncü – Yel çərşənbəsini qeyd edir.
Bu gün xalqımız Novruzun üçüncü – Yel çərşənbəsini qeyd edir.
“İNFONEWS” xəbər verir ki, Yel çərşənbəsi Novruz bayramının yaxınlaşmasını xəbər verən və təbiətin oyanışını simvollaşdıran ənənəvi mərhələdir. Hər il martın əvvəlində qeyd olunan bu gün insanlara evlərini təmizləyib, yeni bir başlanğıca hazırlaşmaq və təbiətə yenidən həyat vermək üçün bir fürsət təqdim edir.
Yel çərşənbəsi ilə bağlı ənənəvi alqışlar, bayramın sevincini və təbiətin oyanışını qeyd etmək məqsədilə ifadə olunan kəlamlardır. Bu alqışlar, həmçinin, yaxşılıq, bərəkət və təmizlik diləklərini əks etdirir.
- “Yel gəldi, bahar gəldi!”
- “Yel çərşənbəsi mübarək!”
- “Bahar gəlsin, yel əssin, könüllər yenilənsin!”
- “Yel əssin, azar-bezarı yeddi ağac, yeddi dərə, yeddi dağ uzağa aparsın!”
Bu kimi alqışlar, həm də təbiətin canlanmasına, insanların həyatında yeni və gözəl dəyişiklərə, həmçinin bir-birinə olan yaxşı arzulara işarə edir.