“ON BİR AYIN SULTANI” adlı tədbir keçrilib

“ON BİR AYIN SULTANI” adlı tədbir keçrilib

Vətən mənim canımdır,

Vətən damarımda qanımdır.

Vətən babaların yadigarı

Vətən arzu diləyimizdir.

Vətənpərvərliyin ən bariz nümunəsi məktəbdən başlayır. İlk əlimizdə qələm tutanda Ana Vətən yazmağı öyrədirlər bizlərə. Bu isə gələcək nəsillərin vətənpərvər ruhda yetişməsində ən vacib amillərdən biridir. Ana Vətəni sevmək bizlərə uşaq yaşlarımızdan aşılanır.

“İNFONEWS” xəbər verir ki, martın 9-da Bakı şəhəri Binəqədi rayonunda  yerləşən ‘YAĞMUR” restaranında “ON BİR AYIN SULTANI” adlı tədbir keçrilib.

“Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı” İB-nin Xəzər rayon şöbəsinin sədri Şükufə Səfərova, “Qayıdış və Bərpaya Dəstək” İB- nin sədri, “Zəngəzur” İnformasiya Agentliyinin əməkdaşı  Türkan Səfərovanın təşkilatçılığı ilə baş tutan tədbirdə 50 nəfər şəhid ailəsi iştirak edib. Təşkilatçılar belə bir görüşün bu müqəddəs ayda keçirilməsindən fərəhləndikləri bildiriblər.

Tədbir Şəhidlərin xatirəsinin ehtiramla anılaraq, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb.

Millət vəkilləri Aydın Mirzəyev, Ceyhun Məmmədov, Suraxanı rayon İcra Hakimiyyəti nümayənədləri, ictimai birliyin sədri Müşviq Əliyev, eləcə də şöbə sədrləri, xeyriyəçi iş xanımı Leyla Əhmədova şəhid ailələrinə minnətdarlıq edib, onlar üçün açılan gözəl iftar süfrəsinə görə Şükufə və Türkanə Səfərovalara təşəkkürlərini bildiriblər.

Daha sonra tədbir AZTV- nin solisti Yaqut Həsənova, Elsevər Muradov, xanəndə Adil İsmayılovun vətənpərvərlik mahnılarını ifası ilə davam edib.

Hər zaman şəhid ailələrinə, qazilərə, aztəmənatlı ailələrə yardım göstərən Şükufə və Türkan Səfərovalar bu görüşdə də onlara hədiyyələr təqdim ediblər.

Raziyə Kamilqızı

AYB və AJB-nin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir