Xüsusi qayğıya ehtiyacı olan uşaqlar teatra ziyarət ediblər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar teatra ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azər Türk Bankın birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına səfəri təşkil olunub.

“İNFONEWS” – in Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən əldə etdiyi məlumatına görə, tədbirin məqsədi həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsindən ibarətdir.

Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları və Agentliyin tabeliyində olan Uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin cəlb olunduğu tədbirdə “Ağca və yeddi cırtdan” ikipərdəli baleti nümayiş olunub.

Tədbir azyaşlıların marağına səbəb olub və onlarda xoş təəssüratlar yaradıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir