Bir müddət əvvəl işıqlandırdığımız istilik mövsümünün başlamasından artıq 20 gündən çox bir müddət keçməsinə baxmayaraq Yasamal rayonu, N.Hikmət küçəsi bina 74 (əvvəllər 32) ünvanında istiliyin verilişinin təmin edilməsində yaranmış problem bu gün həll edilib.
Bu barədə “İNFONEWS”-a bina sakinləri məlumat verib. Məsələ ilə bağlı müvafiq ölçü işləri götürən qurum bu gün problemi həll edib və binaya istiliyin verilişi təmin edilib.
“İNFONEWS” komandası olaraq haqlı mövqeyimizə dərhal münasibət bildirən və şəxsən problemin həllində özü iştirak edən Azəristiliktəchizat ASC-in ərazi üzrə sahə rəisi İlham müəllimə təşəkkür edirik.