Bakıda Hollivud filmlərində izlədiyimiz dəhşəli yol qəzası baş verdi

Bakıda Hollivud filmlərində izlədiyimiz dəhşəli yol qəzası baş verdi

Bu gün Hollivud filmlərində izlədiyimiz dəhşəli yol qəzasının eynisi paytaxtın mərkəzində baş verib. Qəzanın tükürpədici görüntüləri sosial şəbəkələrdə yayılıb.

“İNFONEWS” xəbər verir ki, hadisə zamanı “BYD” markalı taksinin Ələsgər Qayıbov küçəsindən sürətlə Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi və beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşdüyü məlum olub.

Qəzaya uğrayan avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir