Misirdə Azərbaycan haqqında yeni kitabın təqdimatı keçirilib

Misirdə Azərbaycan haqqında yeni kitabın təqdimatı keçirilib

Misirdə “Yaşıl Dünya Naminə: Azərbaycan və Davamlılıq mədəniyyəti” kitabının təqdimatı baş tutub.

“İNFONEWS” xəbər verir ki, aprelin 10-da “Azərbaycanı kəşf et!” layihəsinin təsisçisi və “Xarıbülbül” Mədəniyyət Mərkəzinin rəhbəri Dr. Sədaqət Əliəşrəfin təşəbbüsü ilə “Yaşıl Dünya Naminə: Azərbaycan və Davamçılıq mədəniyyəti” kitabın təqdimatı keçirilib.

Kitabın müəllifləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova və İSESCO-nun Sülh Səfiri Sandi Saləmdir.

Tədbirdə Azərbaycan Respublikasının Misirdəki Səfirliyin nümayəndəsi “Misir Media” təmsilçisi Dr. Dalia Fauzi, Təhsil məsələləri üzrə sahibkar, “Meta Way LLC” founderi, “MIE Azerbaijan” direktoru, beynəlxalq elm və təhsil layihələri mütəxəssisi Mehriban Məlikova, Cahangir Cahangirli, Dr. İrphan Ali, “Qarabağ” şirkətinin Misirdəki sahibkarları Coşqun Haciyev və Hişəm Sobhi, Tatar Ərəb “Miras” Cəmiyyətin üzvləri və rəhbəri Ramil Qaripov, Gənc Alimlər Cəmiyyətinin sədri Dr. Heba Mahmud, Vəfa Abdin “Aləm Fən Mutlak” İncəsənət Cəmiyyətinin sədri, “Azərbaycanı kəşf et” layihəsinin qalibləri və digər ictimai fəallar, dəvətli qonaqlar iştirak ediblər.

Tədbirdə Dr. Sədaqət Əliəşrəf qonaqlara “Azərbaycanı Kəşf et” layihəsinin fəaliyyət istiqamətləri barədə geniş məlumat verərək, bu il bütün görülən işlərin layihənin 5 illik yubileyi çərçivəsində keçirildiyini vurğulayıb.
Layihənin əsas məqsədi yerli sakinlərə Azərbaycan tarixini, mədəniyyətini zənginliyini tanıtmaq, təbliğ etməkdir. Bekə ki, müsabiqənin şərtlərinə görə, yerli iştirakçılar ölkəmizə aid rəsm əsəri, yaxud qısa videoçarx, film çəkməli, şeir yazmalı və Azərbaycan dilində Azərbaycan şairlərinin şeirini ifa etməlidir. Bu müsabiqəni maraqlı edən cəhətlərindən biri də yaş məhdudiyyətinin olmamasıdır, ən kiçik iştirakçının 3, ən böyük iştirakçının isə 75 yaşı vardır. Dr. Sədaqət xanım Azərbaycan mədəniyyətini daha geniş auditoriyaya çatdırmaq məqsədilə bu cür tədbirlərin davamlı olacağını xüsusilə qeyd edib.

Müəlliflər çıxış edərək, kitabın  – giriş, Azərbaycanın dostları, Azərbaycan haqqında ürək sözləri, COP29 və Azərbaycan davamlılıq mədəniyyəti haqqında məlumat , “Azərbaycanı kəşf et” layihəsi qalibləri haqqında məlumatlar və əl işləri əsas bölmələrindən ibarət olduğu, eləcə də kitabın ərsəyə gəlməsindən ediblər.

Tədbirdə Azərbaycan Diasporunun Misirdəki ən gənc nümayəndəsi, 2 yaşlı Adam Havvasın üzərində Zəfər simvolumuz – Xarıbülbül nişanı olan geyimi iştirakçıların diqqətini çəkib ki, bu barədə qonaqlara geniş məlumat verilib. Həmçinin, Adam Havvasın Misir ilə Azərbaycan arasında ən kiçik Diplomat olması, Misir Media tərəfindən “Mr. NilKaspi” adına layiq görülməsi qeyd edilib.

Kitab təqdimatı xoş söhbətlər, maraqlı xatirələrlə başa çatıb.

       

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir