Bu məktəblilər 5 günlük yaz tətilinə çıxdılar
Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilib.
“İNFONEWS” – un Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən əldə etdiyi məlumatında bildirilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.
️Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.