Bu gün Türk Dünyasının görkəmli şairi Əhməd Cavadın anadan olmasından 133 il ötür

Bu gün Türk Dünyasının görkəmli şairi Əhməd Cavadın anadan olmasından 133 il ötür

Mayın 5-də XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, azadlıq şairi, öz ölməz misraları ilə bütövlükdə Türk Dünyasının birliyini, əzəmətini, hüdudlarını genişləndirməyə nail olan Əhməd Cavadın doğum günüdür.

“İNFONEWS” Azərbaycan milli-azadlıq mücadiləsinin öndəri və Şərqdə qurulan ilk demokratik cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin Əhməd Cavad haqqında fikirlərini bir daha xatırladır: “O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi”.

Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda cəsarətlə, çəkinmədən mübarizə aparan, bu yolda “xalq düşməni” damğası ilə güllələnən Əhməd Cavadı xalqımız heç vaxt unutmadı. Və o, bu gün nəinki Azərbaycanın, bütün Türk aləminin qəhrəman övladı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!

Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
“Ah!…” deyərdim, heç ölməzdim,
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!
İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
“Həmidiyyə” o Türk qanı!
Heç birinin bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir