Cahanın solmayan bağça-bağının Mikayıl Müşfiq hekayəsi

Cahanın solmayan bağça-bağının Mikayıl Müşfiq hekayəsi

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 117 il ötür.

Mikayıl Müşfiq yaradıcılığı ilə milli ruhu və azadlıq ideyasını poeziya vasitəsilə bəşəri səviyyəyə ucaldan, Azərbaycan ədəbiyyatında xüsusi yeri olan şairlərdəndir.  

SƏNİN GÜLÜŞLƏRİN

Qarşımda nazlanıb yenə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən desəm artıqdır, özün bilirsən,
Lalə yarmağında şehə bənzəyir.

Sənin gülüşlərin bir ruzgar kimi
Əsərkən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar kimi
Ruhuma bir sənin işıq saçılır.

Söylə, gözəllərin dodaqlarından
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhrəman ay kənarından
Keçən buludmudur, uçan quşmudur?

Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şeirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.

Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar,
Bə`zən baş ucumda, bə`zən önümdə
Şimşəklərim çaxar, sularım axar.

Cahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!

“İNFONEWS” komandası olaraq, görkəmli şairimizi dərin hörmət və ehtiramla anırıq. Ruhun şad olsun, ŞAİR!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir