Misirin məşhur televiziya verilişində Azərbaycandan bəhs olunub

Misirin məşhur televiziya verilişində Azərbaycandan bəhs olunub

Misirdə sosial şəbəkələrdə fəaliyyət göstərən “Hala Podcast” kanalında “Dünyanın məşhur mətbəxlərinə səyahət” verilişində Azərbaycan haqqında danışılıb.

“İNFONEWS” verilən məlumatda bildirilib ki, “Azərbaycanı kəşf et!” layihəsinin rəhbəri Dr. Sədaqət Əliəşrəf verilişdə Azərbaycanın təbliği məqsədilə mədəniyyətimiz, adət-ənənələrimiz və milli mətbəximiz haqqında məlumat verib.

Soydaşımız Azərbaycanda martın 21-də Novruz bayramının qeyd olunmasından danışıb, bayram xonçasını nümayiş etdirib. O, həmçinin bayramda hazırlanan müxtəlif növ təamlardan danışıb.

Verilişi aşağıdakı linkdən izləmək mümkündür:

https://youtu.be/8utb-yfsQOY?si=BsfRPvx5WZSkYN-J

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir