“UNEC-95” həsr olunmuş növbəti kitab – “Xülasələr toplusu”

“Xülasələr toplusu” kitabı UNEC-in 95 illik yubileyinə həsr olunmuş və “Dairəvi İqtisadiyyat və Dayanıqlı Ekosistem” mövzusunda VII Beynəlxalq Elmi Konfransın (ISCEMR-2025) məqalələr xülasələrini əhatə edir.
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Unversitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “Dünya iqtisadiyyatı”, “Kommersiya”, “Maliyyə və Mühasibat” ixtisasları üzrə proqram rəhbəri, i.f.d., dosent Kəmalə Nacəfova iyunun 12-də baş tutmuş VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) çərçivəsində təqdim edilən kitab sərgisində söyləyib.
“Konfrans materiallarının toplandığı kitabda ümumilikdə 224 məqalə- onlardan, Azərbaycan dilində – 121 məqalə, türk dilində – 38 məqalə, ingilis dilində – 58 məqalə, rus dilində – 7 məqalə yer alıb.
Həmçinin, kitabda iqtisadiyyat, idarəetmə, ekologiya, texnologiya və davamlılıq kimi aktual mövzular üzrə araşdırmaların -“Dairəvi İqtisadiyyat və davamlılıq, tullantıların idarə edilməsi, yaşıl texnologiyalar, və resursların səmərəli istifadəsi”, “İnnovasiya və Texnologiya: Süni intellekt, maşın öyrənməsi, və rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri”, “Ekoloji və Sosial Məsuliyyət: – Torpaq örtüyünün ekoloji problemləri, yaşıl enerji, və dayanıqlı turizm”, “Beynəlxalq Ticarət və Maliyyə:- Türk Eximbankın rolü, IFRS standartları, və finansal innovasiyalar”, “Regional İnkişaf və İşğaldan Azad Edilmiş Ərazilər: -Qarabağda turizm və sahibkarlığın inkişafı” – 5 bölmədə qruplaşdırılaraq, geniş təhlili verilib”, – dosent Kəmalə Nəcəfova əlavə edib.
Dosent Kəmalə Nəcəfova “Xülasələr toplusu” kitabında müasir dövrün əsas iqtisadi və ekoloji problemlərinin həll yolları təklifləri və davamlı inkişaf üçün elmi-praktik tövsiyələrin verildiyini vurğulayıb. O, Azərbaycan və beynəlxalq təcrübələrin sintezi ilə zəngin olan bu kitabın tədqiqatçılar, tələbələr və siyasətçilər üçün dəyərli mənbə olduğunu qeyd edib.