Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Karyera Planlaşdırılması və İnkişafı” kafedrasının heyəti,
həmin kafedranın müəllimi Aygün Novruzovanın atası
RÖVŞƏN ƏDİL oğlu NOVRUZOVun
vəfatından kədərləndiyini bildirir, başda Aygün xanım olmaqla, ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, Rövşən Novruzov avqustun 23-ü 1959-cu ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Mühəndis İnşaat İnstitutunu Hindortexniki mühəndis ixtisasi üzrə almış, əmək fəaliyyətinə doğma Füzuli rayonu Pambıqtəmizləmə zavodunda mühəndis kimi başlamış, elə həmin müəssisədə baş mühəndis vəzifəsinə yüksələrək, daha sonralar isə Kürdəmir rayonu Pambıqtəmizləmə zavodunda baş mühəndis olaraq çalışmışdır. Eyni zamanda, o, Məcburi köçkünlərin Kürdəmir rayonu üzrə Yeni Azərbaycan Partiyasının sədr müavini və Mərkəzi Seçki Komissiyasının 84 saylı Seçki dairəsinin 65 saylı seçki məntəqəsinin sədri idi.
Allah rəhmət eləsin!