Türküstan yelləri öpüb alnını… Bayrağım! – Günün fotosu
Xəbər verdiyimiz kimi, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.
“İNFONEWS” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsiblər.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.
İlham Əliyev mənzillərdən birində olarkən eyvanda küləyin təsirindən bükülmüş bayrağı düzəldib. Bu mənzərə sosial şəbəkələrdə qürur hissi ilə qarşılanıb.
Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!
Qayı Xan soyundan aldığın rəngi,
Qucamış Elxanla, müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!
Əhməd CAVAD