“Əlimdən tutdun, yolumda işıq oldun, bilirəm yenə də yanımdasan”

“Əlimdən tutdun, yolumda işıq oldun, bilirəm yenə də yanımdasan”

Bu il həm yerli, həm də xarici universitetlərdən çoxsaylı gənclər məzun olaraq həyatlarının mühüm bir mərhələsini uğurla başa vurdular. Onlar gələcəyə böyük ümidlərlə addımlayarkən, ailələri də bu nailiyyəti sevinc və qürur hissi ilə qeyd etdilər. Lakin təəssüf ki, bəzi ailələr üçün bu məqam sevincdən daha çox kədər və itki ilə yadda qaldı. Gənc yaşlarında həyatlarını itirən tələbələr, təhsil proseslərini başa vurmağa və məzun olmağa macal tapmadan dünyadan köçdülər. Onların xatirəsi isə həm ailələrinin, həm də cəmiyyətin yaddaşında əbədi olaraq yaşayacaq.

“İNFONEWS” xəbər verir ki, illər əvvəl böyük ümid və arzularla, Quliyevlər ailəsi iki övladını – Mətanət və Nəzrini – Türkiyə Cümhuriyyətinin Bolu Abant İzzet Baysal Universitetinə yola saldı. Mətanət “Eğitim Fakültesi”nin “Psikolojik Danışmanlık ve Rehberlik”, Nəzrin isə “Edebiyat Fakültesi”nin “Sosyoloji” bölümündə ali təhsilə başladılar. Ailə üçün bu yeni başlanğıc övladlarının gələcəyinə atılan önəmli bir addım idi. Lakin Mətanətin təhsilini uğurla başa vurub məzun olmasına amansız ölümü mane oldu. Hər zaman bacısının yanında olan, ona yol göstərən, çətin anlarında dayaq duran, ruh verən Mətanət bu dəfə Nəzrinin, eləcə də özünün məzun olmaq sevincini doğmaları, əzizləri, dostları, ondan güc alan pasiyentləri ilə paylaşa bilmədi. Nəzrin bu əlamətdar gündə ən böyük dəstəkçisinin – bacısının – yoxluğunu dərin bir kədərlə hiss etdi.

Nəzrin Quliyevanın məzun günündə söylədiyi nitqini olduğu kimi (türkcə) təqdim edirik.

“Saygıdeğer hocalarım, kıymetli aileler ve sevgili arkadaşlar,

Bugün burada, uzun ve zorlu bir yolculuğun sonuna gelmenin mutluluğunu yaşıyoruz. Hepimiz, bu noktaya gelebilmek için çok emek verdik, nice fedakarlıklar yaptık. Bugün burada bize emek veren, yol gösteren, bilgi ve tecrübelerini bizimle paylaşan tüm hocalarımıza teşekkür etmek istiyorum. Sizlerden öğrendiğimiz her şey bizimle birlikte yol alacak. Destekleriniz ve sabrınız için minnettarız.Ancak bugün burada ben, en büyük fedakarlığı yapan, bana her şeyini veren birine teşekkür etmek istiyorum.

Ablam Metanet…

Ben bugün burada sadece kendi emeğimin değil, onun sevgisinin, sabrının ve sonsuz desteğinin bir sonucu olarak duruyorum. O, hayatım boyunca benim yol göstericim, en büyük öğretmenim, en güçlü dayanağım oldu. Beni ben yapan her şeyde onun emeği var. Çocukluğumdan beri bana sadece bir abla değil, bir anne, bir arkadaş, bir yol arkadaşı oldu.

Bugün burada konuşurken, onun benimle gurur duyduğunu biliyorum. Hayatta bazen en değer verdiklerimizi yanımızda tutamayız, ama onların sevgisi, öğretileri ve anıları bizimle kalır. Onun bana kattığı her şey, bundan sonraki hayatımda benim en büyük ışığım olacak. O bana sadece bilgiyi değil, insan olmayı, sevgiyi, paylaşmayı, güçlü olmayı öğretti.

Bu diplomayı alırken, onu da yanımda hissediyorum. Onun bana inancı, sevgisi ve fedakarlıkları, beni buraya taşıyan en büyük güçtü. Ve ben bundan sonra her adımımı, onun bana öğrettiği güzelliklerle atacağım.

Bugün burada, onunla birlikte hayalini kurduğumuz anı yaşıyorum. Ve inanıyorum ki o da Cennetten gülümseyerek bu anı sizlerle birlikte ve gururla izliyor.Onun sevgisini ve mirasını, hayatımın her anında yaşatacağım.

Sevgili arkadaşlar, bugün mezun oluyoruz. Hepimizin arkasında bizi seven, bize inanan insanlar var. Onları unutmayalım, onların sevgisini ve emeklerini her zaman kalbimizde taşıyalım.

Ve son olarak, canım ablam… Beni ben yaptığın için, bana ışık olduğun için, her şey için sonsuz teşekkür ederim. Seni her zaman seveceğim ve yaşatacağım.

Teşekkür ederim“.

Əminik ki, Mətanət fiziki olaraq orada olmasa da, onun xatirəsi, sevgisi və bacısına verdiyi ilham hər zaman yaşayacaq. O, yalnız bir tələbə və bacı deyil, həm də ailəsinin, dostlarının və onu tanıyan hər kəsin qəlbində silinməz iz qoyan bir gənc olaraq yadda qalacaq.

Qeyd edək ki, Mətanət Qüdsi (Quliyeva) Prezident mükafatçısı, təlimçi, psixoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, sisilə şeirlər kitabının müəllifi, gənc yazar, istedadlı şairədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir