“Milan” Çalhanoğlu ilə razılaşa bilmir
“İNFONEWS” “Qol.az” -a istinadən xəbər verir.
“Milan”ın futbolçusu Hakan Çalhanoğlunun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyası təmsilçisi 27 yaşlı yarımmüdafiəçini uzun müddət heyətində saxlamaq istəyir və ona yeni müqavilə təklif edib. Lakin klub türk əsilli alman futbolçu ilə razılaşa bilmir. O, “Milan”dan rəhbərliyin təklif etdiyindən (4 milyon avro) daha çox- 5,5 milyon avro yələb edir. Hakanın hazırkı sözləşməsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Çalhanoğlu bu mövsüm 19 matça çıxaraq, 1 qol vurub və 9 qolun ötürməsini verib.