Dünya birjalarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
“İNFONEWS” xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barrelə olan qiyməti 1,88% artaraq 66,61 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti sonunca dəfə 9 iyul 2019-cu il tarixində 66 dollar səviyyəsini keçərək 66,55 dollara satılıb.