“Kitablarım mədəniyyətlərin körpüsüdür” – Ayxan Əliyev

“Kitablarım mədəniyyətlərin körpüsüdür” – Ayxan Əliyev

“Hər hekayə bir arzudan başlayır. Mən boş bir səhifə ilə başladım — və sözün gücünə sonsuz inamla”

“İNFONEWS” xəbər verir ki, bunu kitabları dünyanın ən böyük kitab satış şəbəkələrində, o cümlədən, “Barnes & Noble”, “Kinokuniya”, “Zeenoble”, “Kindle” və “Amazon” platformalarında çap olunub, satışa çıxarılan Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvü və 2024-cü ildən Prezident mükafatı laureatı, gənc yazar Ayxan Əliyev söyləyib.

Onun “Suyun Külü” (“The Ash Of The Water”) kitabının təqdimatı ABŞ- nin Stanford Universitetində keçirilib.

“Bu gün kitablarım Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatlarında oxunur. Onlar mədəniyyətləri və qəlbləri birləşdirən bir körpü oldu”, – Ayxan Əliyev deyib.

O, bu videoda yalnız uğurlarımdan deyil, keçdiyi — “ilk sətirlərimdən tutmuş Stanford Universitetində keçirilən beynəlxalq təqdimata qədər” olan uzun yolundan danışdığını bildirib.

Ayxan Əliyevin müsahibəsini təqdim edirik:

https://www.instagram.com/reel/DMJ6jk3OxYc/?igsh=MWFoemN1eWh4eXhsbw%3D%3D

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir