Xəyalların Şahzadəsinin şeir dəftərindən- “ƏTİRİN DÜNYANI TUTUB”
“İNFONEWS” təqdim edir:
SEÇMƏLƏRdən
Kipriklərin çətirdimi,
Hər biri bir sətirdimi?!
Bu, sən adlı ətirdimi,
Ətrin dünyanı tutub?!
*******
Günəş niyə olduğu tək doğulmur
Ay nə üçün öz nurunu kəm saçır.
Ürəyinə xoş günləri açardım
İndi yoxam ovqatını kim açır?..
*******
Sən Güneş istisini gözünə yığmısanmı,
Niyə belə od yağır gözlərindən üstümə?!
Ya bəlkə Əzrayılla əlbirsən, ölmə səni,
Demisən sən kənar dur, mən duracam qəsdinə…
*******
Bu gün burda, sabah orda,
Elə bil ki quş adamam.
… Nadan – nadan kəs əlindən
Ömrü yorulmuş adamam…
*******
..Gəl səni aparım könül bağçama,
Nərgizli duyğudan de, süsənli hissdən danış.
Utanacaq bülbüllər şeir səsin duyunca
Mən ölüm, duymasınlar bir azca pəsdən danış…