Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

“İNFONEWS” – un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan əldə etdiyi məlumatında bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.

Natiq Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir