Dünyada psixi pozuntudan əziyyət çəkənlərin sayı barədə- ÜST

Dünyada psixi pozuntudan əziyyət çəkənlərin sayı barədə- ÜST

Dünyada bir milyarddan çox insan psixi sağlamlıq pozuntuları – narahatlıq sindromu, depressiya və digərlərindən əziyyət çəkir.

“İNFONEWS” – un Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məlumatına istinadən xəbər verir ki, ən çox rast gəlinən ruhi xəstəliklər anksiyete və depressiv pozuntulardır; 2021-ci ildə onlar bütün psixi pozuntuların üçdə ikisindən çoxunu təşkil edib. Çox vaxt bu cür xəstəliklər 20-29 yaşlı insanlarda olur. Hesabatda qeyd edilir ki, 2011-2021-ci illər arasında psixi xəstəlikləri olan insanların sayı dünya əhalisinin artım tempini üstələyib.

ÜST, həmçinin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün ölkələrdə intiharı “gənclər arasında ölümün əsas səbəbi” adlandırır. 2021-ci ildə intihar 727 min insanın həyatına son qoyub.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, intiharlardan ölüm hallarının azaldılması üzrə cari səylər yetərli deyil. Belə ki, 2030-cu ilə qədər bu rəqəm BMT-nin təklif etdiyi kimi üçdəbir yox, indiki templərlə yalnız 12% azalacaq.

Təşkilatın hesablamalarına görə, psixi pozuntuların yayılmasının zərəri hər il 12 milyard məhsuldar iş günü təşkil edir ki, bu, qlobal iqtisadiyyata ildə təxminən 1 trilyon dollara başa gəlir. Eyni zamanda, depressiyadan əziyyət çəkən insanların yalnız 9%-i keyfiyyətli müalicə alır. Bundan başqa, psixozlu insanların 71%-i ümumiyyətlə tibbi yardım almır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir