“Şəhid Analarına Dəstək” İB tədbir keçirib -“ŞANLI ZƏFƏR TARİXİMİZ”

“Şəhid Analarına Dəstək” İB tədbir keçirib -“ŞANLI ZƏFƏR TARİXİMİZ”

“Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhər Kimyaçı Mədəniyyət sarayinda “Şanlı Zəfər Tariximiz” adlı tədbir keçirilib.

“İNFONEWS” xəbər verir ki, tədbirdə Sumqayıt şəhər ictimaiyyəti, şəhid ailələri, media nümayəndələri iştirak ediblər.

Tədbir haqq-savaşında canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra Azərbaycan Dövlət himni səsləndirilməsi ilə başlayıb.

ŞAD İB-nin təşəbbüsü və Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə BAYFİLM MMC-nin istehsal etdiyi “MİSSİYA” qısametrajlı bədii film nümayiş olunub.
Tədbirin təşkilatçısı Abşeron-Xızı Regional Mədəniyyət idarısinin əməkdaşı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, Şəhid Əbdüllməcid Axundovun anası Ceyran Həsənova qonaqları salamlayıb.

“2016-cı ilin Aprel Döyüşlərində  ordumuzun ilk  qalibiyyəti əldə edildi və Böyük Zəfərin başlanğıcı Aprel döyüşlərində tarixiləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. 30 ilin Vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ Müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı və Azərbaycan xalqı məğrur xalq, ordumuz isə dünyanın ən güclü ordusu sıralarında yer aldı”, – söyləyən Ceyran Həsənova tədbirin ərsəyə gəlməsində zəhməti, əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi.

Natiqlər öz növbəsində çıxış edərək bildiriblər ki, “Ədalətin və bütövlüyün bərpasında artıq 5 il ötür, atrıq 5 illik Zəfər tariximizi qeyd edirik. Bizi Zəfərə aparan yol 2016-cı il “Aprel döyüşləri”, 2018-ci mart ayında “Günnüt əməliyyatı”, 2020-ci ildə “Tovuz döyüşləri” 44 günlük Zəfər səlnaməsinə gələn qalibiyyət yolumuzdur. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, xalqımız müharibə başlayandan yumruq kimi bir oldu, vətən torpaqlarının azadlığı uğundu ayağa qalxdı. İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. 44 gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi. Şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına tarixi , Dədə-baba torpaqlarımız işğaldan azad olundu, hərb tariximizə qızıl hərflərlə QƏLƏBƏ yazıldı”.
Tədbir daha sonra Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Xalq artisti Gülyanaq Məmədovanın, həmçinin gənc müğınni Əli Əliyevin gözəl ifaları olan bədii hissə ilə davam edib.
Sonda xatirə şəkillər çəkilib.

 

Yeganə Telmanqızı /XeberTıme.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir