18 Sentyabr Milli Musiqi Günüdür

18 Sentyabr Milli Musiqi Günüdür

18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın dahi bəstəkarı, musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin doğum gününə təsadüf edir. O, Şərqdə ilk operanın müəllifi olmaqla yanaşı, milli musiqimizi peşəkar səviyyəyə qaldıran, muğamla klassik musiqini birləşdirən böyük sənətkardır.

“İNFONEWS” xəbər verir ki, bu gün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü tamam olur.

Milli Musiqi Günü Azərbaycanda 1995-ci ildən etibarən rəsmi şəkildə qeyd olunur. Hər il bu gün münasibətilə müxtəlif konsert proqramları, sərgilər, elmi konfranslar və anım tədbirləri təşkil olunur. Ənənəyə uyğun olaraq, Üzeyir bəyin məzarı və Bəstəkarlar evindəki büstü ziyarət edilir, Azərbaycan Dövlət Akademik Filarmoniyasında və digər musiqi ocaqlarında onun əsərləri səsləndirilir.

Bu gün, həmçinin, Azərbaycan musiqi irsinin zənginliyini və Üzeyir Hacıbəylinin xalqımıza bəxş etdiyi dəyərləri bir daha yad etmək üçün mühüm bir gündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir