BEYNƏLXALQ BARBEKÜ FESTİVALI – ilk dəfə Azərbaycanda

BEYNƏLXALQ BARBEKÜ FESTİVALI – ilk dəfə Azərbaycanda

4-5 Oktyabr tarixlərində Azərbaycanda ilk dəfə Heydər Əliyev Fondu, Şamaxı Rayon İcra Hakimiyyəti və Dünya Barbekü Assosiasiyasının aşpazı Don Davidin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Beynəlxalq Barbekü Festivalı baş tutacaq.

“İNFONEWS” xəbər verir ki, festivalda Ümumdünya Barbekü Assosiasiyası prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı, Beynəlxalq Kulinariya hakimləri, digər fəxri üzvlər başda olmaqla, dünyanın dörd bir yanından olan professional şeflər tərəfindən canlı barbekü bişirmə üsulları nümayiş etdiriləcək.

Həyata keçiriləcək bu qlobal festivalın əsas məqsədi Azərbaycan qonaqpərvərliyini, mətbəxini və milli dəyərlərini dünyaya tanıtmaq, həmçinin, mədəni mübadiləni gücləndirməkdir.
Yaradılacaq xüsusi zonalarda hər biri ayrılıqda olmaqla, Şimali Amerika və Latın Amerikası, Avropa, Afrika, Asiya və eyni zamanda, Azərbaycanın professional şefləri müxtəlif ləzzətləri və xüsusi bişirmə üsullarını bir araya gətirərək öz mətbəx nümunələrini təqdim edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir