Dünya Alpagut Federasiyasının yeni İcra Komitəsi təsdiqləndi

Dünya Alpagut Federasiyasının yeni İcra Komitəsi təsdiqləndi

Sentyabr 18-də 2025-ci il tarixində Dünya Alpagut Federasiyasının İdarə Heyəti Dünya Alpagut Federasiyasının İdarə Heyəti Federasiyanın idarəçilik sisteminin təkmilləşdirilməsi məqsədilə növbədənkənar qurultay keçirilməsi barədə qərar qəbul edib.

“İNFONEWS” xəbər verir ki, qurultaya qədər federasiyanın prezident səlahiyyətlərini Emil Rəhimov icra edəcəkdir.

İdarə Heyəti həmçinin yeni İcra Komitəsinin tərkibini təsdiqləyib. Komitə aşağıdakı şəxslərdən ibarətdir:

Emil Rəhimov – Prezident (müvəqqəti)

Nuran Hüseynov – Vitse-Prezident (İctimai Əlaqələr)

Tural Abasguliyev – Araşdırma və İnkişaf üzrə Vitse-Prezident

Qüdrət Nuriyev – Maliyyə Departamentinin rəhbəri

Yunus Arabaçı – Texniki Direktor

Hasan Çağlar – PR və Marketinq Departamentinin rəhbəri

Qabil Hüseynov – İdman Departamentinin rəhbəri

Rafiq Qasımov – Hakimlər Komitəsinin sədri

Betül Altıntaş – Nizam-İntizam Komitəsinin sədri

Mustafa Gasim Kazem – Nizam-İntizam şöbəsinin müavini

Marina Belyaeva – Ayça sistemi üzrə koordinator

Marijus Tumas – Batur sistemi üzrə koordinator

Serdar Aksu – Caymaz sistemi üzrə koordinator

Amanjol Tuberov – Gurşag sistemi üzrə koordinator

Bülent Büyük – Kaçut sistemi üzrə koordinator

Naim Belgin – Avropa qitəsi üzrə nümayəndə

Abdel Ghaffar Abdelbari – Afrika qitəsi üzrə nümayəndə

Aziz Jurabayev – Asiya qitəsi üzrə nümayəndə

Dr. Saad Maan – Ərəb ölkələri üzrə nümayəndə

Ammar Ali Husseyn – Ərəb ölkələri üzrə danışman

Qərarı İdarə Heyətinin üzvləri – Vasif Namazov, Fərid Əlizadə, Emil Rəhimov, Tural Abasguliyev, Rafiq Qasımov, Qüdrət Nuriyev və Qabil Hüseynov təsdiqləyiblər.

Federasiya yaxın günlərdə qurultayın dəqiq tarixini açıqlayacaq.

Dünya Alpagut Federasiyası Alpagutun beynəlxalq miqyasda tanıdılması və inkişaf etdirilməsini əsas məqsəd kimi müəyyən edib.

Qeyd edək ki, Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək və digər ölkələrdə olan alpaqut klub və federasiyalarını idarə etmək üçün 2014-cü ildə yaradılmış beynəlxalq idman təşkilatıdır.

Növbəti qurultayın vaxtı yaxın günlərdə elan ediləcəkdir.

Dünya Alpagut Federasiyası, Alpagutun beynəlxalq aləmdə tanıdılması və inkişaf etdirilməsi məqsədini güdür. Məqsəd Alpagutun müasir dövrdəki yerini daha da möhkəmlətmək üçün əzmkar bir iş aparmağa hesablanıb.

Əlavə məlumat üçün, bizə [email protected] və ya telefonla +994 50 250 9868 əlaqə saxlaya bilərsiniz.

Dünya Alpagut Federasiyası
https://alpagutfederation.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir