Naxçıvanda “Şəhid ailələrinə tibbi qayğı” aksiyası keçirilib

Naxçıvanda “Şəhid ailələrinə tibbi qayğı” aksiyası keçirilib

NMR Səhiyyə Nazirliyinin, Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Şəhid ailələrinin sağlamlıq qayğısına xüsusi diqqət göstərilib.

“İNFONEWS” xəbər verir ki, sentyabr ayının 10 – 20-si aralığında Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Şəhid ailələrini ziyarət ediblər.

Terapevt, pediatr, kardioloq, nevropatoloq, cərrah, LOR, stomatoloq və digər ixtisas həkimlərindən ibarət tibbi heyət ailə üzvlərinin sağlamlıq vəziyyətini qiymətləndirib, müayinələr aparıb, laborator analizlər götürüb, təzyiqləri ölçüb.

Müayinələr nəticəsində əlavə tibbi yardıma ehtiyacı olan şəxslər Babək Rayon Mərkəzi Xəstəxanasına dəvət edilərək genişləndirilmiş müayinələrə cəlb olunublar.

Ümumilikdə 9 şəhid ailəsi ziyarət edilib, onların sağlamlıq durumuna diqqət və qayğı göstərilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir