Əməkdar artist Cabir İmanov vəfat edib- ALLAH RƏHMƏT ELƏSİN!
“İNFONEWS” -un əldə etdiyi məlumata görə, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.
Azərbaycan Respublikasının Əməkdar artisti, DTX (Şəhriyar) Mədəniyyət Mərkəzinin rəisi Cabir İmanovun qəfil vəfat xəbəri bütün ictimaiyyəti sarsıtdı.
Cabir İmanov uzun illər ərzində sənət yolunda özünəməxsus iz qoymuş şəxsiyyət idi. Cabir İmanovun yoxluğu Azərbaycan mədəniyyəti üçün böyük bir itkidir.
Qeyd edək ki, Cabir İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəli idi, 4 övladı var.
Bu ağır itki ilə bağlı mərhumun ailəsinə, doğmalarına, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.
ALLAH RƏHMƏT ELƏSİN!