Azərbaycan şairləri Belorusiyada nəşr olunan topluda yer alıb

Azərbaycan şairləri Belorusiyada nəşr olunan topluda yer alıb

Belorus Respublikasında Böyük Qələbənin 80 illiyinə (II Dünya Müharibəsi 41- 45-ci illər) həsr olunmuş  “Великая победа – на века! Поезия, Проза, Публицистика” (“Böyük Qələbə – əbədilik!   Poeziya, Pəsr, Publisistika”) toplusu nəşr olunub.

“İNFONEWS” xəbər verir ki, kitabın ideya müəllifi Belorusiya Yazıçılar İttifaqının  Minsk şəhər bölməsi, tərtib edənlər: М.П.Поздняков, Е.А.Стельмах, Т.В.Ковальчукdur. Kitaba Belorusiya Milli ədəbiyyat mükafatı laureatı  Елена Стельмах “…И плачут строки” (“…və sətirlər ağlayır”) adlı ön söz yazıb.

Topluya  MDB ölkələrindən olan şair və yazıçıların əsərləri, o cümlədən, Azərbaycan şairləri: Sabir Rüstəmxanlının “Дети сорок шестого”, Nurəngiz Günün  “Прощание с млечным путем” poemaları, Böyükağa Qasımzadənin “Песня атаки”, Əli Kərim  “Матери плачут” şeirləri də daxil edilmişdir. Müharibəyə  həsr olunmuş şeirlər, poemalar, nəsr, publisistika əsərlərində göstərilən qəhrəmanlıqlar, ağrı, qürur hissləri  əks olunub.

Əsərləri Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir