Misirdə Azərbaycan Mədəniyyəti Gecəsi təşkil edilib

Misirdə Azərbaycan Mədəniyyəti Gecəsi təşkil edilib

İCESCO- nun Gənc Sülh səfiri, gənc tədqiqatçı-alım, həkim Sandi Salemin təşəbbüsü və təşkilatçılığı ilə Misirdə ilk dəfə olaraq fərqli formatda “Azərbaycan Mədəniyyəti Gecəsi” keçirilib.

“İNFONEWS” xəbər verir ki, tədbirin əsas məqsədi Misir və Türkdilli ölkələr arasında mədəni körpülər qurmaq və etnik çoxluğun onun sosial fəaliyyətinə və şəxsiyyətinə necə təsir etdiyini nümayiş etdirməkdir.

Tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sandy Salimin məşhur Azərbaycan xalq mahnısı olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “Sarı Gəlin”, eləcə də tanınmış azərbaycanlı rəqqasə Lenay Seidəli-zadənin “Tərəkəmə”, “Mirzəyi stəkan”, “Ağ çiçək”, “İnnabı” və “101” rəqslərinin mükəmməl ifası ilə davam edib.
Məşhur misirli müğənni Şahinazın çıxışı, Misir folkloruna məxsus Said bölgəsinə aid rəqs və tanura (fırlanan derviş rəqsi) təqdim tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirin Türk səfirinin iqamətgahında, zəngin mədəniyyətlərin qarşılıqlı təqdimatları ilə keçirilməsi Azərbaycan, Türkiyə və Misir arasında qardaşlıq münasibətlərinin dərinliyini bir daha vurğulayıb.
Gecədə Tatarıstan, Başqırdıstan da daxil olmaqla, digər Türkdilli respublikaların da nümayəndələri ilə birgə 13 sənətçi iştirak ediblər .

Azərbaycanın Misirdəki Diaspor təşkiltının ən kiçik nümayəndəsi olan Adam Havvasın milli paltarda “İnnabı” rəqsində Lenay xanımı müşayət etməsi iştirakçıların marağına səbəb olub.
Gecədə Misirin Azərbaycan Mədəniyyət Mərkəzinin ən uğurlu layihəsi olan “Azərbaycanı kəşf et!” müsabiqəsinin 5 illik yubileyi də qeyd edilib. Bu münasibətlə Mərkəzin rəhbəri Dr. Sədaqət Əliəşrəf və  Misirdəki Azərbaycan İcmasının rəsmi koordinatoru Səbinə Səmədovaya söz verilib.
Tədbir 150-dən çox iştirakçının Azərbaycanın Xalq artisti müğənni Zülfiyyə Xanbabayevanın “Azərbaycan” mahnısının sədaları altında dostluq rəmzi sayılan “Yallı” rəqsi sona çatıb.
Gecənin sonunda Sandi Salem duyğularını belə ifadə edib:
“Ölkələrimizin zəngin mədəniyyətləri arasında körpülər qurmaq və bununla etnik çoxluq şəxsiyyətimə və sosial fəaliyyətimə necə təsir göstərdiyini nümayiş etdirmək ən böyük arzum olub.
Və bir daha hamını Azərbaycanı kəşf etməyə dəvət edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir