Respublika üzrə hərəkətin təhlükəsizliyi həftəliyi BAŞLANIR

Respublika üzrə hərəkətin təhlükəsizliyi həftəliyi BAŞLANIR

Piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi hər zaman vacibdir. Bu məqsədlə bu gündən ölkəmizdə “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi başlayıb.

“İNFONEWS” -un Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) əldə etdiyi məlumatına görə, noyabrın 3-dək davam edəcək tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur.

“BDYPİ bir daha piydalardan yollarda ehtiyatlı olmağı xahiş edir, eyni zamanda, ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırır”, – deyə məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir