Şəhid və qazı ailələri üçün səhər yeməyi təşkil olunub

Şəhid və qazı ailələri üçün səhər yeməyi təşkil olunub

“Bu, bizim təşəbbüsümüzlə Azərbaycanda reallaşan ikinci böyük tədbirdir. Məqsədimiz Şəhid ailələrinə diqqət və qayğını artırmaqla yanaşı, onların övladlarının həyatdakı uğurlarını, potensiallarını və cəmiyyətə verdikləri töhfələri tanıtmaqdır.”

“İNFONEWS” xəbər verir ki, bu sözləri tanınmış iş xanımı Dr. Aygül Ay Şəhid və qazı ailələri üçün təşkil edilmiş növbəti xeyriyyəvi səhər yeməyi zamanı söyləyib.

Qeyd edək ki, xeyriyyə səhər yeməyi Dr. Aygün Ay və iş adamı Cahangir Kərimzadənin təşəbbüsü ilə “Kasap Kebap” restoranında baş tutub.

Tədbirdə tanınmış jurnalist Fuad Abbasov, sevilən müğənnilər Yaşar Yusub, İlqar Sadıqov, Rəşad İbrahimov və Orxan Cəlilov, eləcə də iş xanımları Şenay Abbasova və Familə Hüseynova, təşkilatçı Pərviz Əzimzadə iştirak ediblər. Qonaqlar Şəhid övladları ilə birgə səmimi və mənalı anlar keçirib, onlara mənəvi dəstək göstərməyə çalışıblar.

Tədbir zamanı Şəhid övladlarından ibarət “Zəfər Sədası” qrupu xalqımızın igidlik rəmzi olan atalarına həsr olunmuş vətənpərvərlik ruhlu mahnılar ifa ediblər.

Mərasim Şəhid ailələrinə hədiyyələrin təqdim olunması və xatirə fotoların çəkilməsi ilə yekunlaşıb.

Yaradıcı qrupunun koordinatoru Günel Süleymanova “Zəfər Sədası” ailəsi adından tədbirin ərsəyə gəlməsində əziyyəti keçənlərə dərin təşəkkürünü bildirib, Şəhid övladlarına göstərilən hər bir diqqət və qayğının onlar üçün mənəvi stimul, sevgi və dayaq mənbəyi olduğunu vurğulayıb. Günel xanım xüsusilə qeyd edib ki, bu kimi xeyriyyə təşəbbüslü tədbirlərin Şəhidlərimizin istedadlı övladların yaradıcılıq və inkişaf yolunda daha inamla irəliləmələrinə şərait yaradır.

Təşkilatçılar tərəfindən bildirilib ki, bu kimi sosial yönümlü layihələr gələcəkdə Azərbaycanın müxtəlif bölgələrində də davam etdiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir