Bu dəfə də kitabxanada yanğın baş verib
Daşkəsən şəhərində kitabxanada yanğın olub.
“İNFONEWS” -un Fövqəladə Hallar Nazirliyindən əldə etdiyi məlumatında bildirilib ki, şəhərdə ümumi sahəsi 580 m² (hər mərtəbəsi 290 m²) olan ikimərtəbəli kitabxananın 2-ci mərtəbəsində bir otağın tavanı 24 m² sahədə qismən yanıb.
Kitabxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.