“Təbiət nağılları – PAYIZ LÖVHƏLƏRİ” – Sevinc Həsənova

“Təbiət nağılları – PAYIZ LÖVHƏLƏRİ” – Sevinc Həsənova

 

“Azərbaycan təbiəti elə zəngin və rəngarəngdir ki, onu nə qədər vəsf etsək də yenə də azdır; çünki bu torpağın hər daşı, hər bulağı, hər meşəsi və hər nəfəsi ayrı bir hekayə, ayrı bir nağıldır”

“İNFONEWS” xəbər verir ki, bunu həvəskar ekoloq, səyyah, fotoqraf Sevinc Həsənova deyib.

“Doğma Vətənimiz — Azərbaycanımızın hər guşəsi gözəldir. Diyarımızın bütün fəsillərdə özünəməxsus gözəllikləri həmişə göz oxşayıb, ürəkləri riqqətə gətirib”, -deyə, Sevinc Həsənova əlavə edib.

“İNFONEWS” komandası Sevinc xanımın təqdimatında “TƏBİƏT NAĞILLARI” adlı yeni layihəsinə start verir. Layihənin məqsədi Azərbaycanın füsunkar təbiətini Sevinc Həsənovanın kamerasından, baxış bucağından təqdim etmək, daha yaxından tanıtmaq və hər fəslin möcüzəvi mənzərələrini geniş auditoriyaya çatdırmaqdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir