Azərbaycan və Türkiyə arasında imzalanan daha iki saziş qüvvəyə minib
“İNFONEWS” xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.
Bu barədə Türkiyənin “Resmi Gazete”si məlumat yayımlayıb.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş 2017-ci ilin oktyabrında, energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında saziş isə 2020-ci il fevralın 25-də Bakıda imzalanıb.
Hər iki sənəd bu gündən qüvvəyə minib.