İlk dəfə səhnədə neon tamaşa – “BİR DƏNİZ HEKAYƏSİ”
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Bir dəniz hekayəsi” adlı neon estetikasında hazırlanan musiqili tamaşa nümayiş olunub.
“İNFONEWS” AZƏRPRESS Media Group- a istinadən xəbər verir ki, tamaşa teatrın geniş auditoriya üçün nəzərdə tutulan yeni mövsüm layihələri çərçivəsində təqdim edilib.
Yaradıcı komandanın məqsədi Mahnı Teatrının təcrübəsinə yeni nəfəs gətirməkdir. “Bir dəniz hekayəsi” ritmə, rəqsə, həmçinin hekayəyə söykənən vizual-poetik təqdimat formatı ilə seçilir. Təqdim olunan musiqili tamaşada neon işıqlandırma, dinamik səhnə təsvirləri və dəniz atmosferi ilə birlikdə parlaq rəng axınları bir-birini tamamlayaraq, səhnədə fərqli vizual görüntü yaradıb. İzləyicilər dalğaların ritmini, suyun axınını və hərəkətin enerjisini hiss edərək, tamaşanı böyük maraqla qarşılayıblar.
Qeyd edək ki, layihə rəhbəri Ülviyyə Bəbirli, quruluşçu rejissor Təhminə Hümbətova, rəssamlar Elmira Fariz, Rəvan Kərimi, musiqi tərtibatı Əli Cəfərzadə olan musiqili tamaşada rolları Zaur Əliyev, Diana Xozino, Samirə Əlləkbərova və İlahə Əlizadə canlandırıblar.
İzləyicilər dalğaların ritmini, suyun axışını və hərəkətin enerjisini hiss edərək tamaşanı böyük rəğbətlə qarşılayıblar.






