Xəyalların Şahzadəsinin şeir dəftərindən- “YOLUN DÜŞSƏ, BU DÜNYAYA GƏL DEYƏN”

Xəyalların Şahzadəsinin şeir dəftərindən- “YOLUN DÜŞSƏ, BU DÜNYAYA GƏL DEYƏN”

“İNFONEWS” təqdim edir:

“YOLUN DÜŞSƏ, BU DÜNYAYA GƏL” DEYƏN
“Yolun düşsə bu dünyaya gəl” – deyən,
Nə gün gördüm bu dünyaya gələm də.
Kimim var ki bir “xoşgəldin” eliyə,
Aça baxa nələrim var şələmdə.
Anamı var, anammı var “Can” deyə,
Qol çırmaya ömrü sala vərə bir.
Supdan seldən bircə tikə qızıdra
İç, ay bala, qarnın qızsın, deyə bir!
Atammı var kölgəsinə sığınam,
Addım atam şəstinən, vüqar ilə.
Dərə verə sevinclərin gözünü
Deyə – buyur, dad, qızım,nübar elə”
Kim səpəsi yollarıma damcı su,
Kim mənimçün odun – ocaq çatası.
… Sən özün de qayıtmaz geriyə
Boş şöhbətdi, qayıtmazsan, qadası!
Kimə lazım yaxın baxa sinəmdə
Nə dağlar var sıra sıra – ən azı!
Kim baxacaq kimlər üzə qımışıb
Girəvədə qoşalayıb qoppazı!
Kim deyər ki, yol yorğunum, otur bir!
Sol yanıma bir mütəkkə qoya, hə!
..Görüm qorxub gələrəmmi yaxına
Yaxınlarım kürəyimi oya, hə?
Canı yana yaram aça baxa bir
Məlhəm qoya, ara- sıra dəyişə.
…Sizlər deyin mən də görüm, tanıyım
Kim dönər ki belə bir çərdəymişə!
…Lap deyək ki, yolum düşdü qayıtdım
İnandırdın bu nağıla sən məni!
Vallah – billah onda elə dönərəm
Vallah – billah tanımaram mən məni!
…“Yolun düşsə bu dünyaya gəl” – deyən,
Nə gün gördüm bu dünyaya gələm də?
Kimim var ki bir “xoşgəldin” eliyə,
Aça baxa nələrim var şələmdə!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir