“Əsrlər boyu dilimizin mühafizəsində Şah İsmayılın rolu böyük olub”

“Əsrlər boyu dilimizin mühafizəsində Şah İsmayılın rolu böyük olub”

Prezidentimiz orta və ali təhsilini rus dilində almasına baxmayaraq, Azərbaycan dilində yüksək səviyyədə danışır.

“İNFONEWS” xəbər verir ki, bu sözləri “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər” mövzusunda konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dili qorumaq rolunda yazıçıların təsiri çoxdur:

“Əsrlər boyu dilimizin mühafizəsində Şah İsmayılın əhəmiyyəti böyük olub. 19-cu əsrdə Mirzə Fətəli Axundzadə 6 komediyasını ana dilimizdə yazıb, 20-ci əsrdə Cəlil Məmmədquluzadə “Anamın kitabı”nı yazmaqla xalqımızın öz dilində oxumasına dəstək olub”.

Yazıçı diqqətə çatdırıb ki, sovet dövründə Səməd Vurğun və Mirzə İbrahimov Azərbaycan dilinin təşviqi üçün çalışıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir