“Sarı kəpənəyin MƏTANƏT HEKAYƏSİ” – … SÖYLƏMƏDİM QƏLƏMƏ
“İNFONEWS” Mətanət Qüdsinin əziz xatirəsinə həsr olunan “Sarı kəpənəyin MƏTANƏT HEKAYƏSİ”ndə təqdim edir.
… SÖYLƏMƏDİM QƏLƏMƏ
Bu gecə bir əsərdə yaşatdım ikimizi…
Bir sən idin, bir də mən, bir də sevda dənizi.
Həddimizi aşmadan yaşanılan günləri
Qələmə dedim bir-bir.
O yazdı, mən danışdım, sənlə belə tanışdım…
Gizli görüşümüzdən söyləmədim söz belə ,
Sənsiz keçən günləri, sabahları,
Dünləri söyləmədim qələmə.
Qoy car çəkməsin dedim sevgimizi aləmə.
Verdiyin ümidləri pıçıldadım xəyalən.
Bir o bildi, bir də mən.
Bu gecə əsər yazdım,
Sənə əsər etdimi söylə bu yazdıqlarım?
Haqlısan, yalan desən,
Həmçinin haqlıyam mən.
Özün yoxdun, xəyalın mənimləydi o gecə.
Xəyalınla de əsər yazılmazmıydı səncə?!
Heç hiss oldu, de burda sənsizliyimin izi?
Bəlkə belə yaranır əsl eşq mənzərəsi
Adı: “Sənsiz səninəm”,
Sonda imzamı qoydum, əsəri yazan, Sənəm.