“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Nizami və Humay Zalovlar
“İNFONEWS” təqdim edir.
“Zəfər Sədası” uşaq xor qrupundakı əziz Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışı 2020-ci ildə II Qarabağ müharibəsində iştirak edərək, Laçının azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıqla döyüşən, 11 aprel 2023-cü ildə Ermənistanın Laçın rayonu istiqamətində törətdiyi təxribatın qarşısının alınması məqsədilə silahlı atışmada qəhrəmancasına həlak olan Şəhid Vidadi Zalovun əziz övladları Nizami və Humaya həsr edilib.

Tanış olun: Nizami Vidadi oğlu Zalov
Onun 10 yaşı var, 5-ci sinifdə oxuyur.
“Mənim atam qəhrəmandır, mən onunla fəxr edirəm, həmişə də fəxr etmişəm. Çox mərd, mehriban və cəsur insan idi. Atamın Vətənə bağlılığı məni həmişə heyran edib. O, həqiqətən də, işini mükəmməl bilən hərbçiydi. Çünki mənim atam 44 günlük Vətən mübaribəsində böyük şücaət göstərib və torpaqlarımızın azadlığı uğrunda qorxmadan, yorulmadan ancaq irəli addımlayıb. Atam təkcə mənim deyil, xalqımızın qəhrəmanıdır.”

Tanış olun: Humay Vidadi qızı Zalova
Onun 6 yaşı var, 1-ci sinifdə oxuyur.
“Mən atamı çox sevirəm. Bilirəm ki, mənim atam qəhrəmandır. Atam bu dünyada mənim ən dəyərli, əzizimdir. Mən atamla fəxr edirəm, onunla anam, qardaşım, bütün Azərbyacan, Prezidentimiz, həm də İqtisad Universiteti fəxr edir. Böyüyəndə mən də onun oxuduğu bu universitetdə təhsil alacağam.”


Şəhid Vidadi Zalovun ruhu şad olsun!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!